Şrift:
Füzulidə şəhid mayor Elnur Əliyevin xatirəsi anılıb
17.08.2020 [10:28] - Gündəm, Hərb
Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan örnək götürməlidir. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətənpərvər oğullarımızdan biri də mayor Elnur Əliyevdir.

Mayor Elnur Əliyev 2016-cı ilin aprelin 1-dən 2-ə keçən gecə cəbhənin Füzuli rayonu istiqamətində düşmənin təxribatının qarşısını alarkən şəhid olub. O, Lələtəpə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Aprelin 3-də doğulduğu Füzuli rayonunda dəfn edilib. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Yaşasaydı, cəsur Azərbaycan zabitinin 44 yaşı olacaqdı.

Şəhidin anım günü münasibətilə ailə üzvləri, döyüş yoldaşları və hərbi qulluqçular onun məzarı üzərinə əklil və tər qərənfillər qoyub, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed