17.08.2020 [10:32] - Gündəm, İdman
Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunda oyunlara yekun vurulub.
3 gün davam edən yarışların A qrupunda Bolqarıstan (18 xal), Almaniya (15 xal) və İndoneziya (12 xal) ilk üç yeri tutub. Yunanıstan (16 xal), Rumıniya, Slovakiya (hərəyə 13 xal) B, İspaniya (15 xal), Niderland, İtaliya (hərəyə 14 xal) C, Türkiyə (17 xal), Xorvatiya (14 xal), Norveç (13 xal) D, Macarıstan, İngiltərə (hərəyə 16 xal), Argentina (12 xal) E qrupunda ilk üç pillədə qərarlaşıblar. Bu mərhələdə, ümumilikdə 5 qrupda 50 komanda mübarizə aparıb.
Qeyd edək ki, Olimpiada çərçivəsində artıq baza, dördüncü və üçüncü divizionların oyunları başa çatıb.
Turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Olimpiada avqustun 30-dək davam edəcək.

Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |