Şrift:
Milli fəal Milad İsməilzadə təhlükəsizlik idarəsinə çağırılıb, atası yenidən həbs edilib
17.08.2020 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardıqları üçün həbsə məhkum edilən Milad İsməilzadə və atası Cəfər İsməilzadə bir müddət əvvəl Təbriz həbsxanasından məzuniyyətə buraxılıblar.





Məlumata əsasən, Cəfər İsməilzadə avqustun 15-də, barəsində çıxarılmış 6 ay həbs cəzasının qalan hissəsini çəkmək üçün yenidən Təbrizin Mərkəzi zindanına qayıdıb.

Ata və oğul iyulun 17-da zindanda koronavirusun geniş yayıldığına görə 1 ay müddətinə məcburi olaraq məzuniyyətə göndərildiklərini bildirmişdilər.





Xatırladaq ki, Cəfər İsməilzadə və oğlu Milad İsməilzadə 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah” və təhlükəsizlik əməkdaşları tərəfindən saxlansalar da, sonradan 50 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq, sərbəst buraxılmışdılar.





Təbriz inqilab məhkəməsi hər iki fəalı yazılı vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaqda, bir sıra şəhər tablolarında rejimə qarşı yazı və şüarlar yazmaqda və həmin yazıları videoya çəkərək sosial şəbəkələrdə yaymaqda günahlandıraraq, onların hər birini 6 ay həbsə məhkum edib.





Təbriz inqilab məhkəmənin ata və oğlu barəsində çıxardığı 6 aylıq həbs qərarına Təbriz Apellyasiya Məhkəməsində baxılsa da, hər iki fəala çıxarılan hökm qüvvədə saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed