17.08.2020 [14:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı generalın məsələyə münasibət bildirməsi, ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabında bu barədə məlumat yaymasından üç gün sonraya təsadüf edib.
BƏƏ ilə İsrail arasında əlaqələrin adiləşdirilməsini kəskin tənqid edən Məhəmməd Baqiri deyib ki, İran hərbi qüvvələrinin bundan sonra Birləşmiş Ərəb Əmirliklərinə qarşı yanaşma tərzi və münasibəti tamamilə dəyişəcək: “Əgər Fars körfəzi regionunda hər hansı bir hadisə baş versə və İran İslam Respublikasının milli təhlükəsizliyinə xələl gətirilsə, biz bunu Birləşmiş Ərəb Əmirliklərinin gözündən görəcək, buna dözməyəcəyik.
Hesab edirik ki, Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətlərini normallaşdırmaq barədə apardığı siyasətinə yenidən baxmalı, regionun və ölkəsinin təhlükəsizliyinə ziyan vuracaq bu yoldan geri qayıtmalıdır” –deyə, İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri bəyan edib.
Xatırladaq ki, BƏƏ ilə İsrail münasibətlərini tamamilə normallaşdırmaqla bağlı razılığa gəliblər. Bu barədə Amerika Prezidenti Donald Tramp avqustun 13-də "Twitter" hesabında məlumat yayıb.
O bildirib ki, razılaşma İsrailin baş naziri Benyamin Netanyahu ilə Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed əl-Nəhyan arasında əldə olunub.
Trampın bildirdiyinə görə, iki ölkənin nümayəndə heyətləri investisiya qoyuluşu, turizm, birbaşa uçuşlar, təhlükəsizlik, telekommunikasiya, texnologiya, enerji, səhiyyə, mədəniyyət, səfirliklərin açılması və digər sahələrdə razılaşma sənədlərini imzalamaq üçün gələn həftələr ərzində görüşəcəklər.
Son günlər İranın bir sıra yüksək vəzifəli rəsmiləri, eləcə də İranın Xarici İşlər Nazirliyi ayrı-ayrılıqda bəyanatlar yayaraq, Birləşmiş Ərəb Əmirliyi ilə İsrail arasında münasibətləri normallaşdırmaq üçün əldə edilmiş tarixi razılaşmanı kəskin tənqid ediblər.

Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |