17.08.2020 [14:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı sosial şəbəkə istifadəçiləri paylaşdıqları postlarda “Mən bir Yavər Sultaniyəm” həştəqindən istifadə ediblər.
İranın Kəşfiyyat təşkilatı, Sepah (İslam İnqilabı Keşikçiləri Korpusu) və Polisi "Maku Times" İnstagram səhifəsinin admininə təzyiq göstərmək məqsədi ilə ona qarşı iddia ərizəsi qaldırıblar.
Sultaniyə qarşı “ictimai rəyi çaşdırmaq və nizam-intizamı pozmaq məqsədilə çağırış vermək” ittihamı irəli sürülüb.
Təhlükəsizlik təşkilatları həmçinin Sultanidən "Maku Times" İnstagram səhifəsinin fəaliyyətinin dayandırmasını istəyiblər.
Sultani Makı şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan fars şairi Əbülqasım Firdovsinin heykəlinin qaldırılması ilə bağlı yaydığı reportaja görə iyulun 13-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdı. O bir gün sonra 50 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra müvəqqəti azadlığa buraxılmışdı.
Reportajda Sultani anti-türk və anti-ərəb xarakteri ilə tanınan Firdovsinin irqçi məzmunlu şeirlərindən nümunələr gətirərək irqçiliyin dünyanın hər yerində olursa olsun məhv edilməsinin zəruri olduğunu vurğulamışdı.
“Sepah”ın kəşfiyyat əməkdaşları iyulun 10-da azərbaycanlı jurnalisti çağıraraq “Maku Times" səhifəsində paylaşdığı reportajın qaldırılmasını tələb etsələr də Sultani postu silməkdən imtina etmişdi.
Makı şəhərinin prokuroru da Sultanidən bir il müddətinə media fəaliyyətinə fasilə verməsini istəmişdi.
Makı Azad Universitetində inşaat üzrə təhsil alan Yavər Sultani son illərdə "Maku Times" İnstagram səhifəsində Azərbaycan və Makı şəhərinin problemlərini əks etdirməyə çalışıb.

Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |