18.08.2020 [10:25] - Gündəm, İdman
Bu gün Ağdamın “Qarabağ” klubu avrokuboklarda 2020-2021-ci il mövsümünə start verir.
Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcəklər.
Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlun olacaq.
Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək.
Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək.

Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |