Şrift:
Təbrizdə qaldırılan təkəmçilər heykəli yerinə qaytarılıb
18.08.2020 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Vəliəsr məhəlləsində quraşdırılan heykəl anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində qaldırılmışdı.

İyul ayının 24-də həmin heykəlin bəzi hissələri naməlum şəxslər tərəfindən sındırılmışdı. Əhalinin etirazından sonra heykəl yenidən bələdiyyə tərəfindən təmir edilmişdi.

Təkəmçilər heykəli Təbriz Bələdiyyəsinin Görüntü, Mənzərə və Yaşıllıq idarəsinin təsdiqindən sonra hazırlanıb.





Son illərdə Güney Azərbaycanda min illərlə keçmişi olan “Təkəmçilər” ənənəsi yenidən canlanmağa başlayıb. Təkəmçi Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və ağacdan hazırlanmış təkəni dolandırmaq ilə xəbər verən ənənəvi müjdəçidir.





Qeyd edək ki, iyun ayında da Təbrizin Mənzəriyyə meydanında ucaldılan Azərbaycanın tanınmış şairi Məhəmməd Füzulinin heykəli naməlum səbəbdən qaldırılıb.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed