Şrift:
BMT-yə İranın nüvə proqramı ilə bağlı hesabat təqdim olundu
06.11.2012 [12:43] - Gündəm, Güney Azərbaycan xəbərləri
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano noyabrın 5-də BMT Baş Assambleyasına təqdim etdiyi hesabatda İranın nüvə proqramından danışıb.

Hesabatda deyilir ki, İranla agentlik arasında müzakirələr davam etsə də, Tehran əməkdaşlıqdan imtina edir: “Agentlik İranın nüvə proqramının dinc xarakter daşıyıb-daşımadığını araşdırmaq istəsə də, Tehran agentliklə lazımi qədər əməkdaşlıq etmir, gizli nüvə fəaliyyətinin olmaması iddiasını sübuta yetirmək üçün konkret addım atmır, agentliklə əməkdaşlıqdan boyun qaçırır. Belə olan halda Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləyə bilmir”.
Bu xəbər oxucular tərəfindən 1161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed