Şrift:
Milli fəal Milad İsməilzadə Təbriz zindanına qaytarılıb
18.08.2020 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli fəal avqustun 15-də Təbrizin təhlükəsizlik idarəsinə çağırılaraq saxlanılmışdı.

Həmin gün məzuniyyəti bitən Milad İsməilzadənin atası Cəfər İsməilzadə də, barəsində çıxarılmış 6 ay həbs cəzasının qalan hissəsini çəkmək üçün yenidən Təbrizin Mərkəzi zindanına qayıdıb.

Məlumata əsasən, Milad İsməilzadə iki gün təhlükəsizlik idarəsində sorğu-sual olunduqdan sonra bu gün zindana köçürülüb.





İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardıqları üçün həbsə məhkum edilən Cəfər İsməilzadə və oğlu iyulun 17-də Təbriz həbsxanasından məzuniyyətə buraxılmışdılar.





Xatırladaq ki, Cəfər və Milad İsməilzadə 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah” və təhlükəsizlik əməkdaşları tərəfindən saxlansalar da, sonradan 50 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq, sərbəst buraxılmışdılar.





Təbriz inqilab məhkəməsi hər iki fəalı yazılı vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaqda, bir sıra şəhər tablolarında rejimə qarşı yazı və şüarlar yazmaqda və həmin yazıları videoya çəkərək sosial şəbəkələrdə yaymaqda günahlandıraraq, onların hər birini 6 ay həbsə məhkum edib.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed