Şrift:
"Barselona"nın idman direktorunun müqaviləsinə xitam verilib
19.08.2020 [10:00] - Gündəm, İdman
İspaniyanın "Barselona" futbol klubunun idman direktoru Erik Abidalla komandadan ayrılıb.

Tərəflərin qarşılıqlı razılaşması ilə müqaviləyə xitam verilib.

2007-2013-cü illərdə futbolçu kimi "Barselona"nın şərəfini qoruyan 40 yaşlı mütəxəssis 2018-c ildə klubun idman direktoru təyin edilmişdi.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalında "Barsa"nın "Bavariya"ya 2:8 hesabı ilə uduzmasından sonra komandanın baş məşqçisi Kike Setyen istefaya göndərilib. İspaniya mətbuatı komandanın yenidən qurulacağını yazıb.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed