19.08.2020 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) mülki geyimli əməkdaşları avqustun 15-də Kərəc şəhər sakini olan bəhai Liza Təbyaniyanı şəxsi mənzilində tutub naməlum istiqamətə aparıblar.
Bəhai xanımın konkret nədə günahlandırılması və onun hazırda harada saxlanılması barədə hər hansı bir məlumat yayılmayıb.
Bildirilir ki, Liza Təbyaniyan bəhai dininə mənsub olduğuna görə üç il əvvəl də bir neçə dəfə həbs olunub sistemə qarşı təbliğat aparmaqda günahlandırılsa da, qısa müddət saxlandıqdan sonra mülki vəsiqə girovu qarşılığında azadlığa buraxılmışdı.
Qeyd etmək lazımdır ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
İranda hakim ruhanilərin təhriki ilə rejimə bağlı qatı “Hizbullah”çı dəstələr,
vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.

Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |