Şrift:
İran vətəndaşları son 6 ay ərzində Türkiyədən mənzil alan əsas xaricilərdir
19.08.2020 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevral ayının sonlarından Türkiyənin İranla sərhədləri bağlamasına baxmayaraq, artıq ard-arda 6-cı aydır ki, İran vətəndaşları bu ölkədə mənzil alan xarici vətəndaşlar siyahısının başında gəlirlər.


Təkcə iyul ayında İran vətəndaşları Türkiyədə 540 ev alıblar. Bu rəqəm yanvar ayından iyul ayında qədər olan 7 aylıq müddət ərzində isə 3168 mənzil təşkil edib.


Türkiyənin Statistika Mərkəzinin məlumatında qeyd edilir ki, cari ilin ilk 7 ayı ərzində bu ölkədə mənzil alan iranlıların sayı ötən ilin analoji dövrünə nisbətən 19%, 2018 və 2017-ci illərlə müqayisədə isə müvafiq olaraq 150%-dən çox və təxminən 745% artıb.


Türkiyə 2020-ci ilin ilk 7 ayı ərzində əcnəbilərə ümumilikdə 17 185 mənzil satıb. Onlardan təxminən yarıya yaxını İstanbulda, 1/4-i isə Antalya və Ankara şəhərlərində satılıb. Bu rəqəm koronavirusun yayılması səbəbindən keçən ilin oxşar dövrü ilə müqayisədə müəyyən qədər azalmanın olduğunu göstərir.


İrandan sonra sıra ilə İraq, Rusiya, Əfqanıstan, Almaniya və Azərbaycan vətəndaşları Türkiyədən ən çox ev alan xaricilər siyahısında qərarlaşıblar.
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed