19.08.2020 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Əlirza Fərruxinin verdiyi məlumata görə, cari ilin ilk 3 ayında (mart 21-iyun 21) baş verən yol qəzaları nəticəsində 53 nəfər dünyasını dəyişib.
Fərruxi bildirib ki, bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə 23 faiz azalma göstərir.
O qeyd edib ki, cari ilin ilk 3 ayında 35 nəfər şəhərlər arası, 10 nəfər şəhərdaxili və 8 nəfər kənd yollarında baş verən qəzalarda dünyasını dəyişib.
Bir müddət əvvəl Ərdəbil yol polisi rəisi polkovnik Məhəmməd Təriqi mediaya açıqlamasında son 5 ildə əyalətin yollarında baş verən qəzalarda 748 nəfərin öldüyünü bildirmişdi.
Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |