Şrift:
Sudanda 220 min nəfər sel və daşqınlardan zərər görüb
19.08.2020 [10:28] - Gündəm, Hadisə
bu barədə BMT Baş katibinin sözçüsü Stefani Dujarrik məlumat verib.


Sözçü qeyd edib ki, son günlər davam edən leysan nəticəsində baş vermiş sel və daşqınlar 20 mindən artıq evi tamamilə dağıdıb, elə bu sayda evə ciddi zərər dəyib. Bundan başqa, 2 mindən çox içməli su mənbəyi sıradan çıxıb və COVID-19 pandemiyasının tüğyan etdiyi bir şəraitdə ölkədə içməli su qıtlığı yaranıb.


Sel və daşqınlar nəticəsində dağılan Nil çayı üzərindəki su bəndi 100 mindən çox insanın içməli su təchizatına mənfi təsir edib. Hazırda qonşu Misir, digər ölkələr və beynəlxalq təşkilatlar Sudana çadır, içməli su və ərzaq, habelə tibbi ləvazimat göndərirlər. BMT isə 250 min insana humanitar yardım göndərmək üçün təcili tədbirlər həyata keçirir. Lakin, BMT Baş katibinin sözçüsünün də qeyd etdiyi kimi, Sudanın daha çox humanitar yardıma ehtiyacı var. O əlavə edib ki, təbii və humanitar fəlakət zonasına 1,6 milyard dollar həcmində kömək göstərilməlidir, amma donor təşkilatlar və dövlətlərin yardımı bunun cəmi 43 faizi qədərdir.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed