Şrift:
Təbriz-Urmiya yolundan istifadə edənlər 2 dəfə yol haqqı ödəməyə məcbur olurlar
19.08.2020 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə açıqlama verən İranın yolları idarəsinin rəsmisi Mollazeynal sözügedən yolun iki şirkət tərəfindən tikildiyini bildirərək, vətəndaşlardan tələb olunan iki qat ödənişə haqq qazandırmağa çalışıb.



O əlavə edib ki, gölün üzərindən yolun salınması nəticəsində Təbriz-Urmiya məsafəsi 130 kilometr azalıb və nəticədə avtomobillər daha az benzin yandırır.



“Bu baxımdan isə həmin yoldan istifadə edən sürücülər üçün iki dəfə yol haqqının ödənilməsi sərfəlidir,” deyə rəsmi iddia edib.







Qeyd edək ki, istifadəsi üçün iki qat ödəniş tələb olunan qeyri-standart yol Urmiya gölünün qurumasını sürətləndirən və Azərbaycanın ekologiyasına böyük ziyan vuran əsas amillərdən biridir.



Gölün üzərində suyunun sirkulyasiyasının qarşısını alan 14 kilometr uzunluğunda yolun salınması, eləcə də son illərdə gölə axan çayların üzərində 30-dan çox bəndin tikilməsi nəticəsində dünyanın 3-cü ən böyük duzlu gölü sürətlə qurumağa başlayıb.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed