Şrift:
Vasiqi qardaşları 5 il həbs cəzasına məhkum ediliblər
19.08.2020 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Vasiqi qardaşlarının məhkəmə iclası avqustun 10-da hakim Məhdəviradın sədrliyi Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib.



Milli fəallar “mətnlər yaymaqla milli təhlükəsizliyə qarşı sözləşmə və toplaşma və rejimə qarşı təbliğat aparmaq”da günahlandırılıblar.

Məhkəmənin qərarı avqustun 18-də şifahi olaraq Vasiqi qardaşlarına bildirilib.





Məlumata əsasən, məhkəmənin qərarı milli fəalların sözügedən mətnlərdən xəbərsiz olduqlarını bildirmələrinə baxmayaraq İran təhlükəsizlik idarəsinin hesabatına istinadən verilib.

Vasiqi qardaşları həmçinin müvəqqəti azadlığa buraxıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri nəticəsində bədənlərində yaranan yara izlərini sosial şəbəkələrdə paylaşdıqlarına görə İran rejiminə qarşı təbliğat aparmaqda ittiham olunublar.





Ərdəbil sakini olan milli fəallar iyunun 10-da İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerlərində yaxalanmışdılar. İran rejiminin hüquq-mühafizə orqanları əməkdaşları milli fəallara saxlanmalarına dair məhkəmə hökmünü göstərmədən onları döyərək həbs etmişdilər.

Təhlükəsizlik qüvvələri daha sonra Vasiqi qardaşlarının iş yerinə gedərək onlara məxsus kompüter və digər şəxsi əşyaları müsadirə etmişdilər.





Milli fəallar iyunun 16-da hər biri 110 milyon tümənlik mülki vəsiqə ödəməklə müvəqqəti azadlığa buraxılıblar.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed