Şrift:
Müəllimlərin işə qəbulunda müsahibə prosesi mərhələli şəkildə keçiriləcək
19.08.2020 [11:39] - Xəbərlər, Mədəniyyət
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları başa çatdıqdan sonra müvafiq keçid balını toplayan namizədlər vakansiya seçimi mərhələsində iştirak edəcək.

Təhsil Nazirliyindən bildirilib ki, tədris ilinin başlanmasına az müddət qalması ilə əlaqədar ümumtəhsil müəssisələrində kadr təminatının daha çevik həyata keçirilməsi məqsədilə cari il vakansiya seçimi mərhələsi nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlər ilkin olaraq müddətli əmək müqaviləsi ilə işə qəbul ediləcəklər. Sözügedən kontingent üçün müsahibələr mərhələli şəkildə mövcud vəziyyət nəzərə alınaraq onlayn və ya ənənəvi qaydada təşkil olunacaq. Müsahibədən uğurla keçən namizədlərlə müddətsiz əmək müqaviləsi bağlanılacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin mərhələsi başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada tədris ili boyunca mütəmadi olaraq həyata keçiriləcək.

Qeyd edək ki, mövcud qaydalara əsasən müsabiqədə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed