19.08.2020 [14:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertiza İdarəsinin mətbuat xidməti mərkəzi məlumat verib.
“Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) ilk 4 ayında 14 min 787 nəfər davada bədən xəsarəti aldığına görə əyalətin tibbi ekspertiza mərkəzlərinə müraciət edib. Müraciət edənlərdən 11 min 113 nəfəri kişi, 3 min 674 nəfəri isə qadın olub,” deyə məlumatda bildirilib.
Ötən il bu müddətdə müraciət edənlərin sayı 14 min 682 nəfər olub. Bu o deməkdir ki, cari ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə yaranan davalarda xəsarət alanların sayı 1 faiz artıb.
Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin məlumatına əsasən, Tir (iyun 21-iyul 21) ayında davada bədən xəsarəti aldığına görə tibbi ekspertiza mərkəzlərinə müraciət edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 4 min 429 nəfərə çatıb. Müraciət edənlərdən 3 min 282 nəfəri kişi, 1147 nəfəri isə qadın olub.
Ötən il (İran təqvimi ilə 1398-ci il) ərzində Şərqi Azərbaycan əyalətində davada bədən xəsarəti aldığına görə tibbi ekspertiza mərkəzlərinə müraciət edənlərin sayı 36 min 866 nəfər olub.
İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanda insanlar arasında qarşıdurmanın artması, nikah və doğum sayının azalması, boşanma, qətl və intihar hallarının çoxalması və s. kimi ictimai problemlərə səbəb olub . Bu problemlər Güney Azərbaycanın bütün əyalətlərində müşahidə olunur.

Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |