19.08.2020 [16:10] - Gündəm, Sağlıq
İsmayıllıda növbəti qanvermə aksiyası keçirilib.
Koronavirus pandemiyası təhlükəsi ilə tətbiq olunan karantin rejimi dövründə qan çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə kömək etmək məqsədilə “Qan ver, həyat qurtar!” şüarı ilə keçirilən aksiya rayon icra hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının və rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə baş tutub.
Qanvermə karantin qaydalarına riayət olunmaqla icra edilib və uğurla başa çatıb. Aksiyada risk qrupuna daxil olmayan rayon sakinləri, könüllülər, icra hakimiyyəti, təhsil, mədəniyyət, idman və digər sahələri əhatə edən dövlət qurumlarının əməkdaşları fəal iştirak ediblər. Müraciət edən hər bir vətəndaş hərtərəfli tibbi müayinədən keçib, 200-dən çox sakin qan verib.
Rayonun həvəskar rəssamları isə qanvermə aksiyasında mövzuya uyğun rəsmlər çəkiblər.

Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |