Şrift:
Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1747 nəfərdir
20.08.2020 [09:42] - Gündəm, Sağlıq
Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər ki, hazırda reanimasiya şöbələrində 178 nəfər müalicə alır.

Xəstələrdən 28 nəfəri isə süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı isə 1747 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed