20.08.2020 [09:43] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə yeniliklər tətbiq olunmaqdadır. Bütün bunlara baxmayaraq, insanlar maska taxmaq, təmizlik və sosial məsafə qaydalarına əməl etməklə infeksiya ilə mübarizədə köməyini əsirgəməməlidirlər.
Bu sözləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Yeniliklərdən bəhs edən Fahrettin Koca deyib ki, Səhiyyə Nazirliyinin istehsal etdiyi HES səyyar yoxlama cihazı əhalinin sıx olduğu yerlərdə infeksiya daşıyıcılarını aşkar edir. Kırıkkale bölgəsində sınaqdan çıxarılan cihaz qısa zamanda ölkənin digər yerlərində istifadə olunacaq.
Avqustun 19-da Türkiyədə 87 min 223 nəfər testdən keçirilib. Onlardan 1303 nəfərin testinin nəticəsi müsbət çıxıb. Gün ərzində bu xəstəlikdən 23 nəfər ölüb, 1002 nəfər isə sağalıb.

Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |