Şrift:
Amerika “Mahan Air” aviasiya şirkəti ilə əməkdaşlıq edən 1 İran vətəndaşına və 2 şirkətə sanksiya qoyub
20.08.2020 [12:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəyanatda bildirilir ki, adları ABŞ Maliyyə Nazirliyinin qara siyahısına salınan həmin şəxs və şirkətlərin Amerikadakı bank hesabları dondurulacaq: “Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Parthia Cargo» و «Delta Parts Supply FZC» şirkətləri İranın “Mahan Air” aviasiya şirkətinin ehtiyac duyduğu ehtiyat hissələrini təmin edərək ona logistika xidmətləri göstəriblər.


Həmçinin BƏƏ-də yaşayan və “Parthia Cargo” şirkətinin sahibi olan İran vətəndaşı Əmin Müvəhhidi barəsində də sanksiya tətbiq edilib. Həmin şəxs və şirkətlərin ABŞ-dakı əmlakına həbs qoyulacaq, Amerika vətəndaşlarının isə onlarla hər hansı bir ticari müamiləyə girməsinə qadağa qoyulacaq” –deyə, Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.


Qeyd edək ki, “Sepah”a yardım etməkdə və dünyanın müxtəlif bölgələrinə, o cümlədən də Suriyaya gizli silah daşımaqda günahlandırılan İranın “Mahan Air” aviasiya şirkəti 2011-ci ildən başlayaraq, Amerika hökumətinin qara siyahısına salınıb və barəsində sanksiya tətbiq edilib.


“Mahan Air” şirkəti 2019-cu ildə qanunsuz olaraq kütləvi qırğın silahları daşımaqda günahlandırılaraq, yenidən Amerika hökumətinin snksiyalarına məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed