Şrift:
Deputat: “İranda orta təbəqə məhv olub”
07.11.2012 [10:49] - Güney Azərbaycan xəbərləri
İran parlamentinin deputatı, gigiyena komissiyasının rəhbəri Hüseynəli Şəhriyari jurnalistlərə açıqlamasında əhalinin gündən-günə ağırlaşan güzəranından danışıb.

Hüseynəli Şəhriyari deyib ki, ölkədə yoxsulluq səviyyəsinin artması ilə əhalinin 70 faizdən çoxunun psixikası pozulub: “Hazırda ölkə əhalisi ya yoxsuldur, ya da zəngin. Orta təbəqə məhv olub və bizdə orta təbəqədən olan hökumət işçisi artıq qalmayıb. Çünki inflyasiya səviyyəsinin artması cəmiyyətin psixikasını pozub və ona kəskin mənfi təsir buraxıb.

İranda mövcud iqtisadi çətinliklərdən əziyyət çəkməyənlər yalnız həddən artıq varlı və imkanlı ailələrdir. Hazırda əsas problemlərdən biri də işsizlik səviyyəsinin yüksək olmasıdır. Bəzən ailələr min bir əzab-əziyyətlə, hətta ev əşyalarını satmaqla övladlarının ağır təhsil xərcini təmin edirlər. Lakin həmin uşaqlar təhsillərini başa vurduqdan sonra iş tapmırlar. Vəziyyət belə olan halda insanların psixoloji sağlamlığına ziyan gəlir və cəmiyyətin psixikası pozulur”.
Bu xəbər oxucular tərəfindən 1042 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed