Şrift:
Fərəc Quliyev və qəhrəman döyüşçülərinin igidliyi ABŞ mətbuatında
20.08.2020 [15:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev və qəhrəman döyüşçülərinin igidliyi ABŞ mətbuatında. İl 1991. Məlumat 70 qəzetdə verilib.

"Azərbaycanlı qaçaqlar qatarı qaçırdı, cobanları və qoyunları tələb edirlər.."

Nihat Vəlizadənin araşdırma yazısını sizə təqdim edirik.

1991-ci ilin sentyabr ayında Naxçıvanda ermənilər tərəfindən oğurlanan 2 coban və 1.500 qoyuna görə bir qrup azərbaycanlının Qafan-İrəvan xətti üzrə hərəkət edən sərnişin qatarının girov götürdüyünü bilirdinizmi ?

Deməli, 1991-ci ildə ermənilər Naxçıvan-Ermənistan dövlət sərhədinə çox yaxın bir ərazidə cobanlıq edən iki azərbaycanlını və onlara məxsus 1.500 qoyunu oğurlayırlar. Hadisədən hiddətlənən bir qrup azərbaycanlı içində 81 nəfərin olduğu və əsasən erməni sərnişinlərdən ibarət Qafan-İrəvan qatarını Ordubad rayonunda yerləşən dəmiryolu stansiyasında ələ keçirdilər. İlkin danışıqlardan sonra qadın və uşaqlar buraxılır və tələb olunur ki, 2 coban və 1.500 qoyun geri qaytarılsın. Ermənistan tərəfi tələbi dərhal yerinə yetirir və beləcə ələ keçirilmiş sərnişin qatarıda yoluna qaldığı yerdən davam edir.

İnformasiya blokdasının olduğu bir zamanda baş vermiş bu hadisə Amerika Birləşmiş Ştatlarının 70-dən çox qəzetində işıqlandırılıb. Xəbərlərdə istifadə olunan məzmun eynidir və böyük bir ehtimalla amerikalı jurnalistlər bu xəbəri də, Böyük Britaniya mətbuatından əldə ediblər.

Konnektikut ştatının Hartford şəhərində nəşr edilən Hartford Courant qəzetinin 1991-ci il, 15 sentyabr tarixili sayının VII səhifəsində hadisə ilə bağlı hazırlanmış xəbərdə deyilir:

Azərbaycanlı qaçaqlar qatarı qaçırdı, cobanları və qoyunları tələb edirlər..

Xəbər agentliyinin verdiyi məlumata görə şənbə günü bir qrup azərbaycanlı oğurlanmış iki coban və 1.500 qoyuna görə içində 81 sərnişinin olduğu sərnişin qatarını girov götürüblər. Azərbaycanın müstəqil jurnalistlərindən Assa İradənin verdiyi məlumata görə Ermənistan rəsmiləri girovların müqabilində iki coban və 1.500 qoyunun geri qaytarılmasına razıdırlar. Bu barədə həmçinin Azərbaycan polisnin sözçüsü kapitan Hüseyn Mustafayevdə məlumat verib.

Cobanlar ermənilər tərəfindən İran sərhədinə yaxın olan Naxçıvan Muxtar Respublikasının ərazisində oğurlanıb. Ermənistan və qonşusu Azərbaycan uzun müddət düşmənçilik tarixinə malikdir. Xəbər agentliyinin və sovet televizisyasının məlumatlarına görə qatar Naxçıvanın cənubunda yerləşən Ordubad dəmiryolu stansiyasında ələ keçirilib. Polis sözçüsünü dediyinə görə girov götürülənlər arasında olan qadın və uşaqlar qısa müddət sonra sərbəst buraxılsa da, 81 nəfər şənbə günü etibarı ilə hələ də girov olaraq saxlanılmaqdadırlar.

Sovet televiziyasının bir digər məlumatına görə qatar Qafan-İrəvan xətti üzrə hərəkət edib və əsasən azərbaycanlıların kompakt yaşadığı Naxçıvan Muxtar Respublikasının ərazisindən keçən zaman ələ keçirilib.

P.S Xatırladaq ki, o qatarı istiqlalçı millət vəkili, keçmiş döyüşçü Fərəc Quliyev öz silahlı özünümüdafiə dəstələri ilə saxlayıb qoyunlarla erməni dığalarını başa-baş dəyişib. (qadınlar və uşaqları isə qatarla yola salıblar)[center][/center]

Hadisənin qısa tarixçəsi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

http://mdhp.az/index.php?newsid=225

Fərəc Quliyev və qəhrəman döyüşçülərinin igidliyi ABŞ mətbuatında
Bu xəbər oxucular tərəfindən 1413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed