20.08.2020 [16:26] - Xəbərlər, Bildiriş
Bu ilin avqust ayı son onilliklərdə müşahidə etdiyimiz avqustun qızmar və quraq havasından xeyli fərqlidir. Əgər son dövrlərdə yüksək temperatur rekordları məhz avqust ayında yenilənirdisə, bu ilin avqustu mülayim keçir, temperatur norma daxilində tərəddüd edir, bəzi günlərdə isə hətta normadan bir qədər aşağı olu
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bir çox rayonlarda və Abşeron yarımadasında avqust ayının 1-ci və 2-ci ongünlüyündə düşən yağıntının miqdarı ay ərzində düşən yağıntının miqdarından çoxdur. Məsələn, Abşeron yarımadasında aylıq normadan 2 dəfəyədək çox yağıntı düşüb, Sabirabadda düşən yağıntı aylıq normanın 183, Tərtərdə 168, Salyanda isə 141 faizini təşkil edib: “Çoxillik meteoroloji müşahidələrə görə, avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı orta hesabla 4 gün olurdusa, bu il yağmurlu günlərin sayı daha çox olub. Məsələn, Balakən-Şəki zonasında 12 gün, Mərkəzi Aran rayonlarında 8 gün, Qazax-Gəncə bölgəsində isə 9 gün hava yağışlı olub. Bu kimi proseslər son onilliklərdə iqlim dəyişmələri fonunda artan anomal hidrometeoroloji hadisələrin təzahürüdür.
Xatırlatmaq istərdim ki, hələ yazda NASA və digər beynəlxalq iqlim mərkəzlərinin yaydığı məlumatlara istinadən bu ilin yay fəslində Azərbaycanda da rekord istilərin olacağı haqqında məlumatlar verilmişdi. O zaman bizim mütəxəssislər qeyd edib ki, bu cür proqnozlar qlobal modellər əsasında hazırlandığına görə, onları birbaşa aksioma kimi ölkəmizə şamil etmək düzgün olmaz. Eyni zamanda, nəzərə alınmalıdır ki, dünya təcrübəsində ümumiyyətlə uzunmüddətli proqnozların özünü doğrultması yüksək olmur”.
U.Tağıyeva qeyd edib ki, avqustun 21-i axşamdan 24-dək ölkə ərazisində hava yenidən qeyri-sabit keçəcək. Havanın temperaturu 8-10 dərəcə enərək Bakıda 21-26 dərəcəyə yaxın olacaq. Şimal küləyi güclənəcək, rayonlarda leysan xarakterli yağış yağacaq.

Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |