21.08.2020 [09:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 151 nəfərinin COVID-19 testi pozitiv çıxıb.
Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 832 nəfərə çatdığını bildirib.
“İnfeksiyaya yoluxanlardan 93 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 20 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.
Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 9 min 308 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.
Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 2 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 408 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 610 nəfərinin tam sağaldığını bildirib.
Qızılbaş həmçinin qeyd edib ki, hazırda 288 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.
Ərdəbildə isə hazırda koronavirusa yoluxan 281 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 61 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.
Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, əyalətdə son 24 saatda 43 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 7 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.
Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 39 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə COVID-19 virusuna yoluxan 277 nəfər xəstəxanalarda müalicə alır.
“İnfeksiyaya yoluxanlardan 53 nəfər reanimasiya şöbəsində müalicə alır,” deyə o qeyd edib.
O həmçinin keçən gün daha 3 nəfərin koronavirusdan öldüyünü bildirib.
Həmədan və Şərqi Azərbaycan səhiyyə xidməti məsulları isə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı barədə yeni məlumat verməyib.

Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |