Şrift:
Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 501 nəfərə çatıb
21.08.2020 [09:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Kirmanşah Tibb Unİversitetinin koronavirusu nəzarətdə saxlama qərargahının sözçüsü İbrahim Şəkiba avqustun 20-də mediaya açıqlamasında məlumat yayıb.


O deyib ki, son bir sutka ərazində Kirmanşah əyalətində daha 56 nəfərin xəstəliklə bağlı testinin cavabı müsbət çıxıb: “Onlardan isə 24-ü xəstəxanalara yerləşdirilib, 32 nəfərinə isə ambulator şəraitdə tibbi yardım göstərilib.


Hazırda isə koronavirusa yoluxma səbəbilə 211 nəfər əyalətin müxtəlif xəstəxanalarında müalicəsini davam etdirir.
Həmçinin Kirmanşah əyalətində xəstəliyin yayılmağa başladığı gündən indiyə qədər “Covid-19” infeksiyasına yoluxma səbəbilə 10 384 nəfər xəstəxanalara yerhləşdirilib və onlardan 9 673 nəfəri xəstəlikdən tam sağalaraq evə buraxılıb” –deyə, Kirmanşah Tibb Unİversitetinin koronavirusu nəzarətdə saxlama qərargahının sözçüsü İbrahim Şəkiba əlavə edib.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed