Şrift:
İran BƏƏ-nə məxsus gəmini saxladığını, ekipaj heyətini həbs etdiyini bildirib
21.08.2020 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bildirilir ki, BƏƏ gəmisi qanusuz olaraq “İran sularında” üzdüyü üçün saxlanılıb.


Bəyanatda həmçinin bildirilir ki, həmin gün (avqustun 17-də) Birləşmiş Ərəb Əmirliklərinin sahil qüvvələri İranın bir neçə balıqçı qayığına atəş açaraq, onlardan birini saxlayıblar. Qeyd edilir ki, atəş nəticəsində 2 İran balıqçısı həlak olub.


İran Xarici İşlər Nazirliyi bu gün yaydığı başqa bir bəyanatda bildirib ki, BƏƏ hökuməti dünən rəsmi Tehrana göndərdiyi bir mesajda körfəzdə baş vermiş insidentə görə dərin təəssüf hissi keçirdiyini bildirərək, İran tərəfinə kompensasiya ödəməyə tam hazır olduğunu bəyan edib.


İran biuldirib ki, BƏƏ saxladığı İran qayığını artıq azad edib və hazırda 2 İran balıqçısının meyitinin İrana təhvil verilməsi barədə danışıqlar aparılır.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed