Şrift:
Amerika Suriyanın hərbi rəsmilərinə sanksiya tətbiq edib
21.08.2020 [10:00] - Gündəm, Hərb
Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo yayıb.



Onun sözlərinə görə, həmin hərbi birləşmələrin komandanlarına qarşı sanksiyalar Suriyada sülh əldə edilməsinə maneə törətdikləri üçün qəbul edilib.



Pompeo sonda qeyd edib ki, Suriyada vətəndaş müharibəsinin sülh yolu ilə sona çatmayacağı tarixə qədər rəsmi Vaşinqton Əsəd və onun ətrafına qarşı təzyiqləri davam etdirəcək.



"Reuters" agentliyi yaydığı məlumatda qeyd edib ki, sanksiya tətbiq edilənlər arasında Məhəmməd Ammar Saati və onun həyat yoldaşı Luna Şəbəl də var.



Məhəmməd Ammar Saati "Bəəs" paytiyasının və Bəşər Əsəd hökumətini dəstəkləyən yaraqlıların tanınmış simalarından hesab edilir. Onun əvvəllər "Əl-Cəzirə" telekanalının jurnalisti olmuş xanımı isə hazırda Suriya Prezident Aparatının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.



"Suriya Milli Müdafiə Qüvvələri" adlı hərbi birləşmənin komandanı Fadi Sağir də sanksiya tətbiq edilən hərbi simalardandır.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed