Şrift:
Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad yenidən həbsxanaya qayıdıb
21.08.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rüstəmirad iyulun 17-də Tehranın Evin həbsxanasından məzuniyyətə buraxılmışdı.



Rüstəmirad 2018-ci ilin iyul ayında “Babək qalası mərasimində iştirak etməsi ehtimal olunduğu” üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın hökmü Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.



Fəal həbsxanaya müraciət etdikdən sonra bundan əvvəl çıxarılan 7 aylıq həbs qərarı da icraya qoyulub. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının görüşü zamanı stadionda saxlanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib.



Qeyd edək ki, koronavirus yayılmasının ikinci dalğası ilə əlaqədar məhbusların məzuniyyətə göndərilməsi barədə yeni qərar çıxarılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq İranın məhkəmə-təhlükəsizlik orqanları bir neçə milli fəalın, o cümlədən Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini və Səhənd Məalinin müvəqqəti azadlığa buraxılmalarına icazə vermir.
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed