21.08.2020 [14:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O bildirib ki, amerikalı hərbçilər İraqın qonşusu İranın bu ölkəyə qarşı hərbi addımlar ata bilməməsi üçün orada mənzilləniblər.
Tramp bu sözləri dünən İraqın Baş naziri Mustafa Kazımi ilə görüşdən əvvəl səsləndirib.
ABŞ Prezidentinin sözlərinə görə, ölkəsi İraqda hərbi qüvvə saxlamağa məcbur qalmayacağı günü səbrsizliklə gözləyir.
Kazımi ilə görüşü zamanı Tramp bildirib ki, ABŞ şirkətləri İraqın bir sıra layihələrinin icrasında iştirak edirlər. Kazımi isə Amerika şirkətlərinin ölkəsində mövcudluğu və investisiya layihələrində iştirakından məmnun olduqlarını ifadə edib.
Qeyd etmək lazımdır ki, hazırda ABŞ-ın İraqda 5 min nəfərlik hərbi kontingenti var. Bundan savayı, iki ölkə arasında geniş ticari əlaqələr mövcuddur.
Dünən Mustafa Kazıminin səfəri çərçivəsində Amerikanın neft və qaz, habelə elektrik enerjisi sektorlarında fəaliyyət göstərən 5 böyük şirkəti İraqla 8 milyard dollar dəyərində əməkdaşlıq müqavilələri imzalayıb. İmzalanma mərasimi Kazıminin ABŞ-ın Enerji naziri ilə görüşündən sonra baş tutub.
Digər tərəfdən, Mustafa Kazımi ABŞ səfərindən bir müddət əvvəl İrana getmiş, burada bir sıra rəsmilər, eləcə də "dini lider" Əli Xamneyi ilə görüşmüşdü.

Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |