Şrift:
Əlbürz əyalətində daha 4 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 884 nəfərə yüksəlib
21.08.2020 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rektor deyib ki, Əlbürz əyalətində son bir sutka ərzində daha 4 ölüm halının aşkarlanması ilə pandemiya yoluxucu xəstəliyindən vəfat edənlərin sayı 884 nəfərə çatıb: “lbürz əyalətində son 24 saat ərzində daha 471 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanalara müraciət edib və həmin şəxslərdən 78 nəfəri xəstəxanalara yerləşdirilib.


Hazırda isə Əlbürz əyalətinin xüsusi rejimli xəstəxanalarında müalicəsini davam etdirən 121 nəfərin vəziyyəti ağırdır.


Həmçinin Əlbürz əyalətində koronavirus pandemiyası yayılmağa başladığı gündən indiyədək 14 612 nəfərdən xəstəliklə bağlı test nümunləri götürülüb və 13 565 nəfərin testi müsbət çıxıb.


Xoşbəxtlikdən son bir gün ərzində daha 52 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb və bununla da indiyədək Əlbürz əyalətinin xəstəxanalarından evə buraxılanların sayı 13 209 nəfərə yüksəlib” –deyə, Əlbürz əyalətinin Tibb Universitetinin rektoru Hüseyn Kərim əlavə edib.
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed