Şrift:
İranda daha 112 nəfər koronavirusdan ölüb, 2206 yeni “Covid-19”a yoluxma halı aşkarlanıb
21.08.2020 [14:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 21-də bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib ki, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 20 376 nəfərə, infeksiyaya yoluxanların sayı isə 354 764 nəfərə çatıb.


Xanım Larinin dediyinə görə, indiyədək 305 866 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” xəstəliyinə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3794 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 20 376 nəfərə, yoluxanların sayının isə 354 764 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin sayının 92 500 nəfəri keçdiyini, 8 milyon 600 000 nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed