Şrift:
İrandan növbəti təxribat: “Azərbaycanlıları osmanlılar qırıb”
07.11.2012 [11:51] - Güney Azərbaycan xəbərləri
Urmuda 1918-ci ildə ermənilər tərəfindən törədilən Cilovluq soyqırımı qurbanlarının kütləvi məzarlığı ilə bağlı İran tərəfi bəzi iddialar səsləndirib. Belə ki, məzarlığın məhv edilməsi barədə qərardan sonra kütləvi məzarlıqdakı cəsədlərin osmanlılar tərəfindən öldürülən azərbaycanlılara məxsus olduğu iddia edilib.

Bu barədə məlumatı “Baybak” saytı yayıb. Saytın xəbərinə görə, İran tərəfinin iddialarına əsasən dünya müharibəsi dönəmində Osmanlılar bölgəyə hücum edərək azərbaycanlıları qətlə yetirib və toplu halda məzarlarda basdırıblar.

Sayt xəbər verir ki, soyqırım məzarlığının mətbuatda, o cümlədən AzNews.az-da yayımlanan fotoşəkilləri çəkən iki jurnalist də saxlanılıb: “Urmu şəhərində Qarasandıq bölgəsində qazıntılar zamanı toplu məzarın tapılması gündəmdə olsa da, rejim yetkililəri məsələni önəmsiz elan edərək, bölgədə tikinti işlərini davam etdirmək qərarına gəlib. Güneyli fəallar və medianın etirazları nəticəsində Quzey Azərbaycan yetkililəri məsələyə münasibət bildirib və İran hökumətini dəqiq araşdırma aparmağa dəvət ediblər”.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İranda fəaliyyət göstərən “Ayna” xəbər agentliyi bu ölkənin Tarixi Abidələri Qoruma İdarəsinin “tapılanlar tarixi dəyərə malik deyil” bəyanatı verərək, qazıntıların davamı barədə əmr verdiyi barədə xəbər yaymışdı.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed