Şrift:
Litvada ictimai iaşə müəssisələrində maska taxmamaq icazəsinə yenidən baxıla bilər
21.08.2020 [15:05] - Gündəm, Sağlıq
Litvada maska taxmaqla bağlı qaydalara yenidən baxıla bilər. Yeni qaydaların ictimai iaşə müəssisələrinə də şamil olunacağı gözlənil

Ölkə mətbuatı xəbər verir ki, bu sözləri Litva Səhiyyə naziri Aureliyus Veriqa söyləyib.

Nazir bildirib ki, bu xüsusda yerli epidemioloqlarla söhbət edərkən digər ölkələrdən müsbət nümunələri müzakirə edib. Qeyd edib ki, həmin ölkələrdə insanlar yemək gətirilənə qədər maskada olurlar. Bizdə isə yaranmış imkandan sui-istifadə halları müşahidə edilir.

“Görünür, bizdə heç də bütün hallarda qaydalara riayət olunmur və onlara lazımi diqqət yetirilmir. Buna misal olaraq masalar arasında ara məsafəsinin saxlanılmasına dəqiqliklə riayət olunub-olunmaması qaydasını çəkə bilərik”, – deyə Litvanın Səhiyyə naziri əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed