22.08.2020 [19:33] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
- Ramiz Mehdiyevin nəvəsinin məlum toy skandalı gündəmdir,Sizin münasibətiniz də maraqlıdır.Nə baş verir?
-Xüsusi bir hadisə baş verməyib ,əslində.Bir qanun pozuntusu baş verib və ona uyğun da tədbirlər görülüb.İki baxımdan bu hadisə dəyərləndirilə bilər.Əvvəla pandemiya bitməyib və bütün dünyada bu təhdidə qarşı mübarizə davam edir.O cümlədən bizdə də.Təsəvvür edin ki,hər kəs qoyulmuş qadağalara əməl etmədən toy və oxşar kütləvi tədbirləri keçirir.Bu ssenaridə virusla mübarizə mümkündürmü?Əlbəttə yox.Virus status,vəzifə tanımır.”Mən edim başqaları etməz” düşüncəsi ciddi xaos və pandemiyanın qələbəsinə səbəb olar .
İkinci –Qanunu aliliyi və hər kəsin də qanun qarşısında bərabərliyi baxımından bu yanaşma təqdir olunmalıdır.Qanun şahdır ,şah qanun deyil klasik yanaşması hamı tərəfindən ədalətli yaşamın bünövrələrindən hesab olunur. Bu təkcə sözdə deyil dövlət tərəfindən praktikada da göstərməlidir.
Əslində dövlət ərkanı baxımından bu çox əhəmiyyətlidir. Qanunvericilikdə cərimələrlə bağlı bir çox müddəalara diqqət etsəniz görərsiniz ki, vəzifəli şəxsə eyni qanun pozuntusuna görə tətbiq olunan cərimənin miqdarı adi fiziki şəxslərə tətbiq olunan cərimədən bir neçə dəfə artıq nəzərdə tutulur.Bu o deməkdir ki,vəzifəli şəxslər ona görə daha çox məsuliyyət daşıyırlar ki,onlar həm də nümunə kimi qəbul olunurlar.
-Yəni cəmiyyət həssas yanaşır...
- Əlbəttə.Bu toy hadisəsindən dərhal sonra sosial şəbəkələrdə belə bir statusa rast gəldim ki, əgər qanunu pozmuş bu vəzifəli şəxslər müvafiq cəza almasalar mən toyumu təyin edib geniş iştirakçılığı da təmin edəcəyəm.Və buna görə də heç kim mənə irad tuta ,mane ola bilməz.
Bu doğru yanaşma olmasa da həm də qanun qarşısında hər kəsin bərabərliyinin təmin olunması tələbinin ifadə formasıdır.
Mən həmişə bildirmişəm ki,hansısa status və ya hansisa məslək heç kimin qanundan kənar davranışını “qanuniləşdirmir”.Bəzən bir jurnaist qanunu pozduğu üçün həbs olunur və dərhal “söz azdlığına basqı var”deyə hay –küy salanlar tapılır.Başqa oxşar nümunələr də göstərmək olar.Ona görə də bu hadisə ciddi dərs oldu.Həm vəzifəli şəxslər davranışlarına fikir verəcək,həm də bütün digər vətəndaşlar üçün də bu yaxşı profilaktik tədbir oldu.

Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |