Şrift:
Gürcüstanda baş verən dəhşətli qəzada azı 17 nəfər həyatını itirib
24.08.2020 [09:20] - Xəbərlər, Borçalı
Gürcüstanın Mtsxeta-Mtianeti regionunun Duşeti bələdiyyəsi ərazisində avtomobil qəzası baş verib. Turistləri daşıyan mikroavtobus Biso kəndi ərazisində 80 metr yüksəlikdən dərəyə yuvarlanıb. Nəticədə ən azı 17 nəfər həyatını itirib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mikroavtobus yüksək dağlıq ərazidə yerləşən Şatili kəndinə gedirmiş.

Hadisə yerinə gələn xilasedicilər 3 nəfəri sağ çıxara biliblər. Yaralılar Tbilisidəki xəstəxanalara gətiriliblər. Avtobusda olan digər şəxslərin axtarışları davam edir.

Qeyd edək ki, Şatili kəndi Gürcüstanın şimal-şərqində Xevsureti vilayətində yerləşir.

Orta əsrlərə aid qədim tarixi qala və digər abidələrlə zəngin olan bu bölgəyə qışda getmək mümkün olmur. Yolları kəskin dağ yamaclarından keçən kəndə yalnız yay mövsümündə çoxlu sayda turist gəlir.
Bu xəbər oxucular tərəfindən 7051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed