07.11.2012 [11:54] - Sosial
“Naxçıvanda erməni qəbirlərinin dağıdılması ilə bağlı bizdə heç bir məlumat yoxdur”.
Davam.Az bildirir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nulənd Bakıdakı səfir Riçard Morninqstarın Naxçıvana erməni qəbiristanlığına buraxılmadığı barədə erməni təşkilatlarının iddiasını şərh edərkən bildirib.
“Azərbaycan hakimiyyətinin səfir Morninqstarı Naxçıvandakı erməni qəbiristanlığına baxmağı qadağan etməsi ilə bağlı Dövlət Departamentinə heç bir məlumat daxil olmayıb”-deyə Nulənd bildirib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar səfərlə bağlı verdiyi bəyanatında bildirib ki, Naxçıvanda olanda Culfadakı erməni qəbiristanlığı barədə yerli rəsmilərlə ətraflı müzakirələr aparıb. Rəsmilər təhlükəsizlik səbəblərini əsas gətirərək Morninqstarın oranı şəxsən görməyini mümkünsüz hesab ediblər.
Xaqani SƏFƏROĞLU

Bu xəbər oxucular tərəfindən 1160 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |