Şrift:
Mayk Pompeo: “İranın nüvə proqramının sülh xarakteri daşıması ilə bağlı iddiası fantastik nağıldan başqa bir şey deyil”
24.08.2020 [09:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Pompeo deyib ki, Amerika Birləşmiş Ştatları İran rejiminin nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcək: “İranın nüvə proqramının sülh xarakteri daşıması ilə bağlı iddiası fantastik nağıldan başqa bir şey deyil. Prezident Tramp və onun hökuməti İran rejiminin nüvə proqramının guya yalnız dinc xarakter daşıdığı ilə bağlı bu fantastik nağılını rədd edib.


Bir daha bildiririk ki, biz heç vaxt İran İslam Rspublikasının nüvə silahə əldə etməsinə imkan verməyəcəyik” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də paylaşdığı statusunda qeyd edib.


Xatırladaq ki, Pompeo avqustun 20-də jurnalistlərə açıqlamasında demişdi ki, o İrana qarşı sanksiyaların qaytarılması prosesinin başlanması ilə BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının indoneziyalı sədri Dian Trianşah Cani-yə Amerika hökumətinin məktubunu təqdim edib: “Bizim isə mesajımız çox sadədir. O da budur ki, Amerika Birləşmiş Ştatları dünyada terrorizmin ən böyük himayədarı olan İran rejiminin sərbəst şəkildə təyyarə, tank, raket və digər adi silahların alış-verişi ilə məşğul olmasına imkan verməyəcək.


İrana qarşı sanksiyaların qaytarılması məsələsinə gəldikdə isə, bu sanksiyal
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed