Şrift:
Koronavirus təhlükəsinə baxmayaraq Məhərrəm mərasimlərinə start verilib
24.08.2020 [09:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçən ay bir sıra iranlı həkim və tibb işçisi şiə mollalara açıq məktub ünvanlayaraq Məhərrəm ayında yas mərasimlərinin keçirilməsinin yüzlərlə insanın ölümü ilə nəticələnəcəyi barədə xəbərdarlıq etmişdilər. Səhiyyə xidməti əməkdaşları bu məktubda mərasimin keçirilməməsini istəmişdilər.



Lakin bütün xəbərdarlıqlara baxmayaraq, İran hökumətinin təşəbbüsü və təşviqi ilə Məhərrəmlik yas mərasimləri müxtəlif şəhərlərdə başlayıb. Yayılan videolarda İran rəsmilərinin iddiasının əksinə keçirilən mərasimlərdə sosial məsafə və digər tibbi qaydalara riayət olunmadığı göstərilir. Bu prosesin davam etməsi Azərbaycanda böyük insani faciə ilə nəticələnə bilər.







Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sominin dediyinə əsasən, əyalətdə virusa yoluxanların sayı 26 min 500 nəfərə çatıb.

Somi həmçinin COVID-19 virusunun qurbanlarının sayının 1200 nəfəri ötdüyünü bildirib.



Onun sözlərinə görə, hazırda koronavirusa yoluxan 80 nəfərin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır.



Son 24 saatda 8 nəfərin koronavirusdan öldüyünü deyən Somi ən çox yoluxma hallarının Əhər vilayətində müşahidə olduğunu qeyd edib.



Somi həmçinin Şərqi Azərbaycan əyalətində “Covid-19” pandemiyasına qarşı mübarizə aparan 2000 tibb işçisinin koronavirusa yoluxduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed