28.10.2011 [16:06] - Gündəm
Azərbaycanda dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını qanunsuz istehsal etmə, idxal etmə, satma və yaymaya görə tətbiq olunan cəzaların sərtləşdirilməsi təklif olunur.
Cinayət Məcəlləsində bununla bağlı dəyişikliklər layihəsi Milli Məclisin (MM) İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və yaymaya görə 5000-7000 manat məbləğində cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirilib.
Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən və ya təkrar törədildikdə və ya buna vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə etməklə yol verdikdə 7000 manatdan 9000 manata qədər cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Bu xəbər oxucular tərəfindən 979 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |