Şrift:
Tehran Şəhər Şurasının üzvü: “Son 6 ay ərzində təkcə paytaxtda 10 min 200 nəfər koronavirusdan ölüb”
24.08.2020 [09:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ölkədə məhərrəmliklə bağlı mərasimlərin keçirilməsinə toxunan Nahid Xuda Kərəmi, pandemiya yoluxucu xəstəliyinin üçüncü salğasının başlanacağı barədə xəbərdarlıq edib: “Son 6 ay ərzində təkcə Tehranda 10 min 200 nəfər koronavirusdan ölüb. Bir haldakı yayılan rəsmi statistikaya görə, indiyədək ölkədə pandemiya xəsəliyindən ölənlərin sayı 20 000 nəfərdən çoxdur. Beləliklə də demək olar ki, bu günə qədər ölkədə koronavirusdan vəfat edənlərin yarısını Tehran sakinləri təşkil edir.


Hesab edirik ki, xəsəliyin yayılmasının qarşısını almaq üçün məhərrəmlik mərasimləri evlərdə keçirilməli, Tehran Şəhər İcra hakimiyyəti isə insanların bir-birindən məsafə saxlama qaydalarına düzgün riayət etməsi işinə nəzarətini gücləndirməlidir.


Bundan başqa, insanlar bir-birindən məsafə saxlamaqla yanaşı maska taxmalı, əllərini tez-tez sabunla yumalı və gigiyena qaydalarına riayət etməlidir” –deyə, Tehran Şəhər Şurasının üzvü Nahid Xuda Kərəmi əlavə edib.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin rəsmiləri ölkədə pandemiya qurbanlarının əyalətlər üzrə sayını şəffaf şəkildə elan etməkdən boyun qaçırırlar. Nəticədə, nazirliyin ölkədə koronavirus qurbanlarının sayı barədə gündəlik yaydığı statistikanın nə qədər düzgün olub-olmaması cəmiyyətdə ciddi şübhələrə yol açıb.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed