24.08.2020 [09:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Təbriz Şəhər Şurasının sədri Şəhram Dəbiri avqustun 23-də şuranın iclasında çıxış edərkən məlumat verib.
Dəbirinin sözlərinə görə, böyük şəhərlərin metro layihələri üçün hökumət tərəfindən 315 vaqonun vərilməsi nəzərdə tutulub.
“Bu vaqonlardan 65 faizi Təbriz şəhəri üçün, 35 faizi isə İsfahan və Şiraz şəhərləri üçündür. Lakin Təbrizə ayrılan payı azaldaraq, həmin vaqonları Qum, İsfahan və Şiraz şəhərlərinə göndərmək istəyirlər,” deyə Dəbiri bildirib.
O, Təbrizin Bələdiyyə sədri və Şəhər Şurasının üzvlərindən məsələyə müdaxilə edərək Təbrizin hüququnun tapdanmasının qarşısında dayanmalarını istəyib.
Qeyd etmək lazımdır ki, İran hökuməti daha əvvəl Təbrizin metro layihəsinin digər şəhərlərlə müqayisədə daha az inkişaf etdiyini nəzərə alaraq bu şəhərə ayrılan vaqonların sayını artırmışdı. Lakin Dəbirinin çıxışından məlum olur ki, İran rejimi fars bölgələrinin metro layihələrinə üstünlük verib.
Daha əvvəl Təbriz Şəhər Şurasının üzvü Məhəmməd Bağır Beheşti hökuməti Təbriz metrosu üçün nəzərdə tutulan büdcəni təmin etmədiyinə görə tənqid etmişdi.
“Qanunvericiliyə görə, metro layihəsi üçün lazım olan vəsaitin 50 faizi dövlət tərəfindən təmin olunmalıdır, lakin hökumət 2017-ci ildən etibarən Təbrizin metro layihəsi ilə bağlı üzərinə düşən öhdəliyini yerinə yetirməkdən imtina edib,” deyə o bildirmişdi.

Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |