Şrift:
“Marxal” klubunun təbrizli futbolçusu: türk olduğum üçün Azərbaycanı seçdim
24.08.2020 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Neçə həftə əvvəl “Marxal” klubu ilə 1 illik müqavilə imzalayan Səba Səlimirad “Təbrize Bidar” xəbər saytına verdiyi müsahibədə əlavə edib ki, ailəsinin və yaxınlarının israrına baxmayaraq türk olduğu üçün Azərbaycan klubunda oynamağı üstün tutub.



“Türklüyümə olan bağlılığım və təəssübkeşliyim üçün mənimlə eyni dildə danışam ölkədə oynamağı üstün tutdum. Ailəmin və yaxınlarımın israrına baxmayaraq İngiltərədən aldığım təklifi qəbul etmədim,” deyə o bildirib.



Traxtur futbol klubunun azarkeşi olan 22 yaşlı futbolçu həmçinin qeyd edib ki, Traxturun qadınlardan ibarət futbol komandası yaradılsa təmənnasız olaraq həmin komandada oynamağa hazırdır.



İranda qadın idmançılara qarşı ayrı-seçkiliyin üzündən bir çox istedadın hədər olduğunu deyən Səlimirad həmçinin Təbrizin yerli məsullarını ona və digər idmançı qadınlara lazımı diqqət və dəstəyi göstərmədikləri üçün tənqid edib.



Təbrizdə anadan olan güney azərbaycanlı hücumçu indiyə qədər İranın "Ansar", "Hilal Ahmar" kimi klublarında çıxış edib.



Səlimiradın son klubu isə İraqın "Əl-Qatan" komandası olub.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed