Şrift:
Xamneyi dövləti ölkəyə "İphone" idxal edilməsi ilə mübarizəyə çağırıb
24.08.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, dünən video konfrans formatında keçirilən Hökumət Kabinetinin iclasında etdiyi çıxışı zamanı keçən il İrana yarım milyard dollar dəyərində "İphone" idxal edilməsindən narahatlığını ifadə edərək, "ehtiyac duyulmayan" bu növ telefonların ölkəyə gətirilməsinə qarşı tədbir görülməsini istəyib.


Xamneyinin sözlərinə görə, "Apple" şirkətinin istehsalı olan mobil telefonlar özəl sektor tərəfindən ölkəyə idxal edilir və dövlət bunun qarşısını almalıdır.


Bir neçə saat sonra Əli Xamneyinin ofisi yaydığı məlumatdakı son cümləni çıxışdan çıxarıb və bu barədə yazılan "Twitter" statusu da silinib.


"Dini lider" ölkə vətəndaşlarının xarici ölkələrdə mülk almasını da "problem" adlandıraraq, dövlətdən buna qarşı addımlar atmasını istəyib.


Qeyd etmək lazımdır ki, İran vətəndaşları son illər ərzində ölkədə yaşanan ağır iqtisadi vəziyyət səbəbindən Türkiyə kimi ölkələrdə mənzil almağa üz tutublar.
Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed