24.08.2020 [14:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 136 nəfərinin COVID-19 testi pozitiv çıxıb.
Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 839 nəfərə çatdığını bildirib.
“İnfeksiyaya yoluxanlardan 101 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 24 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.
Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 9 min 492 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.
Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 2 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 418 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 652 nəfərinin tam sağaldığını bildirib.
Qızılbaş həmçinin qeyd edib ki, hazırda 298 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.
Ərdəbildə isə hazırda koronavirusa yoluxan 255 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 54 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.
Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmməd Rza Rzayinin verdiyi məlumata əsasən, əyalətdə son 24 saatda 26 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 7 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.
Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 43 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə COVID-19 virusuna yoluxan 295 nəfər xəstəxanalarda müalicə alır.
“İnfeksiyaya yoluxanlardan 61 nəfər reanimasiya şöbəsində müalicə alır,” deyə o qeyd edib.
O həmçinin keçən gün daha 1 nəfərin koronavirusdan öldüyünü bildirib.
Güney Azərbaycanın Həmədan əyalətində də koronavirusa yoluxanların sayının 3 min 507, infeksiyadan ölənlərin sayı isə 462 nəfərə çatıb.

Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |