24.08.2020 [16:21] - Gündəm, İdman
Sumqayıt təhsili daha bir uğura imza atıb. "IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən Sumqayıt məktəblisi böyük nailiyyət əldə edib.
Virtual formatda təşkil edilən bilik yarışına 52 ölkədən 200-dən çox şagird qatılıb. Yarışa hazırlıq prosesi artıq 6 ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib.
Sumqayıt Şəhər Təhsil Şöbəsindən bildirilib ki, olimpiadada iştirak edən Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl medala layiq görülüb. Ölkəmizi digər təmsil edənlər - Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyədinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medal qazanıblar.

Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |