Şrift:
Bakı Slavyan Universitetində “Dədə Qorqud” seminarı keçirilib
07.11.2012 [12:36] - Mədəniyyət
Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsində “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin tapılmasının 200 illiyinə həsr olunmuş elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı dosent Səfər Məmmədov elmi seminar iştirakçılarını və qonaqları salamladıqdan sonra “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının milli-mənəvi irsində tutduğu yerdən bəhs edib. Sonra çıxış edən BSU-nun elmi işlər üzrə prorektoru Şirinbəy Əliyev elmi seminarın “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin tapılmasının 200 illiyinə həsr olunmuş tədbirlər silsiləsindən ilki olduğunu vurğulayıb.
Onun sözlərinə görə, “Kitabi-Dədə Qorqud” bizim təkcə mədəniyyətimizin deyil, həm də mənəviyyatımızın abidəsidir.

Tədbirdə Türkologiya kafedrasının dosenti Dürdanə Əliyeva ““Kitabi-Dədə Qorqud” dastanına Henrix Fon Dits prizmasından növbəti baxış” mövzusunda məruzə ilə çıxış edib.
Bundan başqa elmi seminarda qiyabi şöbənin Azərbaycan filologiyası ixtisası üzrə V kurs tələbəsi D.Tanrıverdiyevanın, Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin IV kurs tələbəsi C.Əlibəylinin və II kurs magistrantı Ş.Şamıyevanın maraqlı çıxışları diqqət çəkib.
Bu xəbər oxucular tərəfindən 1174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed