24.08.2020 [21:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Belə olarsa, heç kim türklərə bata bilməz”
“Özbəkistanın təşəbbüsü bu istiqamətdə atılan bir addım idi”
Özbəkistan Türkiyə ilə strateji tərəfdaşlığın gücləndirilməsi və bütün sahələr üzrə əlaqələrin dərinləşdirilməsi qərarına gəlib.
Özbəkistan Nazirlər Şurasının verdiyi açıqlamaya görə, “Türkiyə ilə strateji tərəfdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün atılacaq addımlar” mövzusunda qərar qəbul edilib.
Qərara görə, Özbəkistan ilə Türkiyə arasındakı münasibətlərin keyfiyyət baxımından yeni bir səviyyəyə qaldıracaq tədbirlər proqramı təsdiqlənib və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı genişləndirmək üçün bir koordinasiya komitəsi yaradılıb. Nazirlər Şurası tədbirlər proqramının icrasını təhlil edəcək və tədbirlərin və layihələrin həyata keçirilməsinə töhfə verəcək.Türkiyə isə ilin sonuna qədər Səmərqənddə konsulluq açacaq.
Xatırladaq ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun hakimiyyəti illərində iki qardaş ölkə arasında münasibətlər aşağı səviyyədə olub.
Bu barədə “Sherg.az”a danışan keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev məlum addımı yüksək qiymətləndirib:
“Bu, zərurətdir. Tovuz döyüşləri zamanı bir sıra ölkələr, o cümlədən Pakistan Azərbayacana dəstəyini ifadə etdi. Amma Türkiyənin mövqeyi tamam başqa cür oldu. Əvvəlcə, bütün məsələlərdə bizim yanımızda olacaqların dedilər, sonra da hərbi təlimlərə gəldilər.
Azərbaycan da öz növbəsində Aralıq dənizi ətrafında yaranan problemlərdə qardaşımızın yanında olduğunu bəyan etdi.
Bütün bu hadisələr göstərir ki, biz Avropa Birliyi ilə, Qərblə əməkdaşlıq edə bilərik, amma onlara güvənə bilmərik. Hamımız ümumi düşmənə qarşı birləşməliyik.
Belə olsa, Azərbaycan da, Türkiyə də, Pakistan da, Özbəkistan da, Türkmənistan da öz müstəqilliyini bərpa edə biləcək. Türkiyə Tovuz döyüşləri zamanı bildirdi ki, raketləri, PUA-ları Azərbaycanın əmrindədir.
Biz də öz imkanlarımızı onlarla bölüşməyi bacarmalıyıq. Bütün türklər potensiallarını bir-biriləri ilə bölüşməlidir.
Mən hələ 1998-ci ildə yazdığım “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabımda türk və islam dəyərlərinə söykənən bir evin yaradılmasından danışmışdım. Əgər belə olarsa, heç kim türklərə bata bilməz. Özbəkistanın təşəbbüsü bu istiqamətdə atılan bir addım idi”.

Kənan Novruzov
Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |