Şrift:
İranda Dədə Qorqud kitabının nəşrinə icazə verilməyib
25.08.2020 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, yazıçı və tədqiqatçı Milad Balesini öz “Twitter” səhifəsində məlumat verib.



“Bir neçə ay gözlədikdən sonra hazırladığım Dədə Qorqud kitabının çap olmağına lisenziya verilmədi. Səbəb isə bu kitabın “qövmçülüyün təbliği”olmasıdır. Dədə Qorqud kitabı qövmçülükdürsə, sanıram Firdovsi faşizmin özüdür,” deyə Balesini yazıb.



Oğuz türklərinin dastanı olan “Kitabi-Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI-XII əsrlər) sayılır.

Bu əsər 2017-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın ortaq mirası olaraq UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdi.



İranda daha əvvəl də dəfələrlə Azərbaycan türklərinin dili, mədəniyyəti və tarixi ilə əlaqədar olan əsərlərin çapına icazə verilməyib.

İran məsulları 2019-cu ildə Türk dilində kitab nəşr edən bir çox müəssisənin Təbriz 17-ci Beynəlxalq Kitab sərgisində iştirakına icazə verməmişdilər. Öncəki illərdə də bəzi nəşriyyatçılara, o cümlədən “Kirpi” kitab evinə bənzər məhdudiyyətlər qoyulmuşdu.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed